"Bir neçə gündür ölkə gündəmini zəbt etdim. İstəməzdim amma məcbur...".
"Unikal" xəbər verir ki, bunu reanimasiyadan çıxan bloger Asya Aslanova deyib.
"Bəlkə də bu hadisə baş verməsəydi, mən bu qədər sevildiyimi bilməyəcəkdim. O qədər kövrəldim ki, yazılarınızı oxuyub. Necə gözəl insanlar qazanmışam mən.
Çoxunuzun üzünü görməmişəm, səsinizi eşitməmişəm, amma sizi inanılmaz çox sevirəm, yaxşı ki varsınız...", - deyə bloger bildirib.
Qeyd edək ki, diş çəkimi zamanı Asya Aslanovaya infeksiya keçib və o, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.