Türkiyəli aktrisa Nilpəri Şahinkaya ilə münaqişə yaşayan Burak Dənizin məhkəməsi sona çatıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl aktrisa Burak Dənizlə bağlı hədə-qorxu gəlmək, təhqir etmək, qəsdən xəsarət yetirmək, asayişi pozmaq ittihamlarıyla məhkəməyə müraciət etmişdi.
Prokurorluq tərəflərin, şahidlərin və hadisənin baş verdiyi otelin təhlükəsizlik kamerası görüntülərini araşdırdıqdan sonra hakim Burak Dənizin bəraətinə qərar verib.
Qeyd edək ki, aktyorun 7 il 2 ay həbsi tələb olunmuşdu.