İllər sonra ekrana qayıdan aktrisa Özgü Namalın bir bölüm üçün aldığı məbləğ ortaya çıxıb.
"Unikal" xəbər verir ki, aktrisa hazırda baş rolunu ifa etdiyi "Kızıl goncalar" serialının hər bölümünə görə 900 min lirə (təxminən 52 min 557 manat) qazanır. Məbləğ sosial media izləyicilərinin təəccübünə səbəb olub.
Qeyd edək ki, Namal sözgedən ekran işində Özcan Dənizlə tərəf müqabilidir.
Aktrisa son olaraq 2014-cü ildə final edən "Merhamet" serialında rol almışdı. O, bir müddət "Yetenek sizsiniz Türkiye" telelayihəsində də yer alıb.