Xəbər verdiyimiz kimi, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Prezident İlham Əliyevin uşaqlardan biri ilə səmimi söhbəti olub. Dövlət başçısı azyaşlıya "Əynini geyin, soyuq olar. Mən sənə yer saxlayacam, qoymayacam heç kimi" deyib.

Digər uşaq isə Prezidentə "Çəkir sizi" dedikdən sonra dövlət başçısı zəfər işarəsi göstərib.