Müğənni Selena Qomez partnyor üçün tələblərindən danışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Vogue México" jurnalına müsahibə verib.
31 yaşlı sənətçi prioritetinin özünə hörmətini qorumaq və hisslərini açıq şəkildə müzakirə etmək olduğunu deyib.
“Sizi dinləyən və sizinlə maraqlanan birini tapmaq çətindir. Amma bu baş verəndə çox gözəldir, sən bu münasibətin sağlam olmasını istəyirsən”, - o, ifadə edib.
Bundan əlavə, Qomezin son altı ay ərzində musiqi prodüseri Benni Blanko ilə eşq yaşadığı bildirilir.