Keçmiş sevgilisi Ayşə Aslanpay şiddət göstərdiyi iddiası ilə türkiyəli aktyor Batuhan Karacakaya hakim qarşısına çıxarılıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, proses İstanbul 19-cu Asliye Cəza Məhkəməsində baş tutub. 3 ilə qədər həbsi istənən aktyor mətbuata açıqlamasında hər şeyin onun xeyrinə dəyişəcəyini deyib. İclasdan sonra açıqlama vermək istəməyən Ayşe isə göz yaşları içində ədliyyəni tərk edib.
Qeyd edək ki, Batuhan "Aşk-ı Memnu" serialında "Bülənt" obrazıyla məşhurlaşıb.