Bir ay əvvəl itkin düşən 28 yaşlı oğlanın meyiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə “qafqazinfo”ya onun yaxınları məlumat verib.
İtkin İbrahim Nəzərlinin cansız bədəni Suraxanı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.
Gəncin ölüm səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, İ.Nəzərli noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.