Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

İlham Əliyevin prezidentliyə namizədliyi dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən irəli sürüb.

MSK dekabrın 21-də namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq. Həmin şəxslər aşağıdakılardır:

- Sərvan Kərimov

- Mətləb Mütəllimli

- Abutalıb Səmədov

- Fikrət Yusifov

- Yusif Bağırzadə

- Arzuman Abdulkərimov

- Yunus Oğuz

- Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
 

***

16:30

Azərbaycabnda Prezidentliyə namizəd olmaq üçün müraciətlərin sayı 15-ə çatıb.

"Unikal" xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.

O, bildirib ki, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür.