398 899 nəfər qaçqın və məcburi köçkün seçicimiz var.

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu rəqəm sürətlə azalacaq: “Köç sürətlə həyata keçirilir. Yaxın vaxtlarda qaçqın və məcburi köçkün sözləri də tarixə qovuşacaq”.