Tanınmış müğənni Atilla Taş ötən gecə həyat yoldaşı ilə getdiyi barda dava saldığı üçün həbs edilib.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, həddindən artıq spirtli içki qəbul edən müğənni səs-küyə səbəb olub və hadisə yerinə gələn polisə müqavimət göstərib.
Müğənninin həyat yoldaşı Meltem Taş məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılsa da, Atilla "polisə müqavimət", "təhqir" ittihamları üzrə həbs edilib.