Dekabrın 23-ü axşam saatlarından başlayaraq əsən güclü külək şimal rayonlarında ciddi fəsadlar törədib.

"Unikal" xəbər verir ki, külək Qubadakı “Yaşıl teatr”ın dam örtüyünü aşırıb, rayonun elektrik təsərrüfatına ziyan vurub. Hazırda rayonda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Siyəzəndə isə güclü külək beşmərtəbəli iki yaşayış binasının və fərdi evlərin dam örtüklərini uçurub. Şəhər ərazisində ağaclar və bir işıqfor küləyin təsirindən aşıb. Rabitə və elektrik xətlərinə də ziyan dəyib.

Qusar və Xaçmazın rayon mərkəzlərində və kəndlərində bir neçə ağac aşıb. Hər iki rayonda elektrik təsərrüfatına ziyan dəyib.

Hazırda rayonlarda müvafiq qurumların nümayəndələri fəsadların aradan qaldırılması ilə məşğuldurlar.