Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və Naxçıvandan uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.  

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

"2023-cü ildə Ermənistanın hava məkanında Azərbaycan aviaşirkətlərinin aeronaviqasiya xidmətlərinin göstərilməsi üzrə hesablanmış gəlir 90 018 avro təşkil edib", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu