Qərb ölkələri Serbiyadakı vəziyyəti sarsıtmağa çalışır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat Serbiya lideri Aleksandr Vuçiçin Belqrad administrasiyası yaxınlığında iğtişaşlar olması ilə bağlı bəyanatına münasibət bildirib: "Kollektiv Qərbin “Maydan çevrilişləri” üsullarından istifadə edərək ölkədə vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır". 

Onun sözlərinə görə, ölkə Konstitusiyasına ciddi riayət etmək, öz ölkəsinin milli maraqlarına səs verən serb xalqının seçiminə hörmət bu vəziyyətdə yeganə mümkün reaksiyadır.

Ağarza Elçinoğlu