"FOX TV"nin cəmi bir bölümü yayımlanan "Kızıl goncalar" serialının çəkilişləri dayandırılıb.

"Unikal" xəbər verir ki, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə serialın Levent səmtindəki xəstəxana səhnələri üçün seçilən məkan çəkilişlərdən imtina edib.

Xatırladaq ki, daha əvvəl ölkənin Mədəniyyət və Turizm Nazirliyinə bağlı iki yer milyonlarla lirə xərclənərək yenidən dizayn edilməsinə rəğmən çəkilişlərin aparılmasından imtina etmişdi.