"Evdə tək 2: Nyu-Yorkda itirilmiş" adlı məşhur Yeni il filminin çəkildiyi Manhettendəki ev 6,7 milyon dollara satışa çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Dörd yataq, beş vanna otağı olan ev doqquz ay əvvəl satış üçün siyahıya alınıb. Evin hazırkı sahibləri onu 2009-cu ildə 4,7 milyon dollara aldıqlarını açıqlayıblar.  Ev 1992-ci ildə Makoley Kalkinin baş rolda çəkildiyi "Evdə Tək 2: Nyu- Yorkda itirilmiş" filminin nümayişindən sonra məşhurlaşıb.