Nərimanov rayonunda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Nərimanov rayonunda, Rəssamlıq Akademiyasının yaxınlığında baş verib. "Toyota Camry" və "Kia" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "Kia"nın sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov