Ukrayna Qərb ölkələrinin köməyi olmadan Rusiya ilə müharibəyə altı aydan bir ilə qədər müqavimət göstərə bilər.

"Unikal" xəbər verir ki, bunu ukraynalı ekspert Aleksey Kuşç "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Eyni zamanda o, qeyd edib ki, bunun üçün büdcənin bir sıra maddələrini dondurmaq lazımdır. Qərb ölkələrinin yardımı Ukrayna iqtisadiyyatının sabitliyi və onun “təhlükəsizlik amili”nə nail olmaq imkanında həlledici amildir.

Xatırladaq ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkənin büdcə kəsirinin ayda təxminən 5 milyard dollar olduğunu və xərclərin dörddə üçünün hərbi ehtiyaclara yönəldiyini açıqlamışdı. 

Gülayə Mecid