İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 134 min insanın yaşadığı Cayapura şəhərindən 179 km cənub-qərbdə olub. Zəlzələ ocağı 46 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***10:24
İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 250 min insanın yaşadığı Banda-Açeh şəhərindən 414 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.