Türkiyədə ATA alyansının prezidentliyə keçmiş namizədi Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçi "X" sosial hesabında paylaşım edib.
"Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, "Xankəndi" stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşar ancaq!", - deyə Sinan Oğan yazıb.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilməsi planlaşdırılan Türkiyə Superkuboku təxirə salınmışdı. Buna səbəb ərəb dövlətinin bəzi qadağaları olub.
Ağarza Elçinoğlu