Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 16-ya çatıb.