Amerikanın Minnesota ştatının şimalında qırılan aysberqin üzərində qalan 120-dən çox balıqçı xilas edilib.
"Unikal" xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Hadisə dekabrın 29-da axşam saatlarında baş verib. Aysberq Yuxarı Qırmızı gölün sahilindən qopan zaman onun üzərində 122 balıqçı olub.
Xilasedicilər gələnə qədər yoldan keçən bir nəfər balıqçılara kömək etməyə çalışıb, nəticədə 4 balıqçı suya düşsə də, yenidən buzun üstünə çıxa biliblər. Həmin balıqçılara xilasedicilər yardım edib.
Ağarza Elçinoğlu