Ukraynanın Avropa Birliyinə ( Aİ ) daxil olması illər çəkəcək.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə vitse-prezidenti Vera Jourova bildirib.

Jourova qeyd edib ki, bu il Aİ heç bir ölkəni üzvlüyə qəbul etməyəcək. Onun sözlərinə görə, alyansa qoşulmaq üçün ən böyük şanslar  Serbiya, Monteneqro, Şimali Makedoniya və Albaniyadır. O, həmçinin vurğulayıb ki, Aİ namizədləri ittifaqın bir hissəsi olmadan da ona yaxınlaşa bilərlər. Ölkələr Aİ ilə nəqliyyat infrastrukturu, enerji və rəqəmsal qarşılıqlı əlaqə qura bilər.

Dekabrın 30-da Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova məqalə dərc edərək bildirib ki, Ukraynanın Avropaya inteqrasiyası prosesi Avropa İttifaqında qərarların qəbul edilməsinin xüsusiyyətlərinə görə maneələrlə getməyə bənzəyir.

Dekabrın 27-də Avstriyanın Aİ işləri və konstitusiya məsələləri üzrə naziri Karolin Edtstadler Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ehtimalına şübhə ilə yanaşıb.

Bundan əvvəl Avropa Komissiyasının Avstriyadakı nümayəndəliyinin rəhbəri Martin Sellmaer bildirmişdi ki, Ukraynanın hətta sürətləndirilmiş prosedur altında da Aİ-yə daxil olması prosesi altı ildən on bir ilə qədər çəkəcək.