Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb.
Həmin şəxslərdən 3-nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq.