Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqının üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.

"Unikal" xəbər verir ki,  bu barədə yazıçının oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.

Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir.