İctimai televiziyada yayımlanan və səs-küy yaradan “Əqrəb mövsümü” serialının ikinci hissəsinin çəkilişləri davam edir.
"Unikal"
"AzərTac"a istinadən xəbər verir ki, filmin rejissoru Emil Quliyev serialın ikinci hissəsinin çəkilməsinin planda olmadığını söyləyib.

“Film tamaşaçılar tərəfindən bəyənildiyinə görə İctimai TV-nin rəhbərliyi ikinci hissənin çəkilməsi üçün sifariş verdi. Beləliklə, Azər Aydəmir ssenarini yazdı. Ancaq bu dəfə ssenari əvvəlkindən fərqli olaraq kitabın motivləri əsasında deyil, real hadisələr əsasında yazılıb”,- deyə rejissor bildirib.

“Əqrəb mövsümü” serialının çəkilişləri beş ay davam edən hazırlıqlardan sonra baş tutub. Hazırda çəkilişlər gedir və son çəkiliş planı 2024-cü il yanvarın 23-dək davam edəcək.

Rejissor bildirib ki, 12 bölümlük serialın 2024-cü ilin payız aylarında efirə verilməsi planlaşdırılır.

Qeyd edək ki, serialda Azər Aydəmir, Arif Mövsümov, Rövşən Məmmədli, Emin Mirabdullayev, Həcər Ağayeva, Şəlalə Şahvələdqızı və Elşən Rüstəmov rol alırlar.