Yanvar ayının 10-da Lənkəran rayonu Vilvan kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində 1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mercedes-Benz S600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə N.Məmmədov dünyasını dəyişib.

Qeyd edək ki, qəzada ölən Natiq Məmmədov Lənkəranda iş adamı kimi tanınıb. Onun rayonda yanacaqdoldurma məntəqəsi olub.