"Hər il ölkədə nə qədər inflyasiya olursa, pensiyalar ona uyğun olaraq indeksləşdirilir".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu ay olacaq indekləşmə ilə 500 manat pensiyası olan şəxs haradasa 50-60 manat əlavə vəsait alacaq.
"Yanvar ayının sonunda bu məsələ öz həllini tapacaq. Bu artımı müsbət qiymətləndirirəm".
Bu artımın ərzaq bazarındakı qiymətlərə uyğunluğuna gəlincə, deputat qeyd edib ki, rəsmi statistikaya uyğundur: "Rəsmi statistikada inflyasiya 10 faizə yaxın olur. Amma qeyri-rəsmi olaraq bazarda tək ərzağın inflyasiyası 20-30 faizə yaxın olub".
Qeyd edək ki, 2023-cü ilin orta aylıq əmək haqqı artımına uyğun olaraq pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir.
Anar Kəlbiyev