Qarabağda etnik təmizləmə aparılmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Diplomat rəsmi İrəvandan Azərbaycanın Qarabağda "etnik təmizləmə" aparması ilə bağlı sübutlar istəyib: "Mən istərdim ki, İrəvanın mötəbər hesab etdiyi hər hansı beynəlxalq təşkilatın sənədi varsa, fakt təqdim edilsin. Məsələn, Birləşmiş Millətlər Təşkilatı və ya başqa bir təşkilat. Əgər etnik təmizləmənin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, həmin sənədləri bizə təqdim edin". 

Ağarza Elçinoğlu