Həftənin sonuncu "Açıq mikrofon" aksiyası Ağdaş rayonunun Qaradeyin kəndində baş tutub.

"Unikal" xəbər verir ki, "Səyyar qəbul otağı"na 30-dək kənd sakini qatılıb. Mikrofon önünə keçən vətəndaşlar sözügedən kəndə daşıyıcı qaz xəttinin çəkilməsi münasibəti ilə ölkə başçısına minnətdarlıqlarını ünvanlayıblar.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi təbii qazdan təhlükəsiz istifadə qaydalarını görüş iştirakçılarının diqqətini çatdırıb.