Masazırda eyvandan yıxılan 15 yaşlı Ayan Aslanova əməliyyat olunub. 

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Ayan Aslanovanın hər iki aşağı ətrafında olan sınıqlara görə cərrahi əməliyyat keçirib.

Travmatologiya şöbəsinə yerləşdirilən pasiyent əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Yeniyetmənin vəziyyəti stabildir.

Xatırladaq ki,yanvarın 3-də Abşeron rayonu Masazır qəsəbəsində 15 yaşlı qızın eyvandan yıxılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, onun üçün çağırılan təcili yardım çağırış ünvanına gəlməyib. TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.

Nuranə Abbasova