Azərbaycanda ailə 7 aylıq körpənin belinə banka qoyub.

Məsələ ilə bağlı pediatr Sevda Novruzova "Unikal"a açıqlamasında bildirdi ki, bu, tamamilə əks göstərişdir. 

"Belə şey qətiyyən olmaz. Bu, yəqin ki, valideynlərin kifayət qədər informasiyasının olmamasından irəli gəlir. Amma yaxşı olar ki, ən azı bu barədə kitabları vərəqləsinlər. Onlar heç olmasa saytlardan bu barədə öyrənsəydilər, belə hal baş verməzdi", - deyə həkim qeyd edib. 

***

Azərbaycanda ailə 7 aylıq olduğu deyilən körpəni türkəçarə yolla sağaltmağa çalışıb. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb. 

Görüntülərdə oğlan uşağının belinə banka qoyulması əks olunub. Sosial şəbəkə izləyiciləri bunun təhlükəli olduğunu bildiriblər.

Ağarza Elçinoğlu