Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü işdən uzaqlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, araşdırma zamanı məlum olub ki, hadisə iddia olunduğu kimi Sumqayıt şəhərində deyil, Bakı şəhərində 18 saylı marşrut avtobusunda qeydə alınıb:

“Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü Elşən Şövkət oğlu Abdullayev daşıyıcı şirkət “Xaliq Faiqoğlu” tərəfindən artıq xətdən kənarlaşdırılıb, əmrinə xitam verilməsi qərara alınıb”.

Qeyd edək ki, adıçəkilən sürücünün sükan arxasında “TikTok”da canlı yayım açdığı barədə görüntülər yayılmışdı.