Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, yollara xüsusi avtomobillərlə qum və duz səpilir.

Hərəkət dayandırılmayıb. Tədbirlər davam edir.

***

Güclü qar səbəbindən bağlanan Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkət bərpa olunub.

"Unikal" xəbər verir ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların canlı qüvvəsi, texnikası cəlb edilib.

***20:43

Şamaxı-İsmayıllı avtomobil yolunda hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

Tədbirlər davam edir.

***20:27

Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolunu bağlanıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.