Bölgədə xüsusən Xaçmaz-Quba-Qusarın kəndlərarası və mərkəzi avtomobil yolları buz bağlayıb.

"Unikal"ın məlumatına görə, hazırda qeyd olunan rayonlarda qarın yağması davam edir.

Belə ki, Quba rayonunda və ətraf kəndlərində havanın temperaturu mənfi 6 dərəcə, qarın qalınlığı 18 santimetr, Xınalıq kəndində mənfi 12 dərəcə, qarın qalınlığı 15 santimetr, Qrız kəndində mənfi 13 dərəcə, qarın qalınlığı 10 santimetr.
Qusar rayonu və ətraf kəndlərində havanın temperaturu mənfi 7 dərəcə, qarın qalınlığı 5 santimetr.
Həzrə kəndində havanın temperaturu mənfi 7 dərəcə, qarın qalınlığı 3 santimetr. Laza kəndində  havanın temperaturu mənfi 10 dərəcə, qarın qalınlığı 5 santimetr.
Xaçmaz rayonu və ətraf kəndlərində havanın temperaturu mənfi 4 dərəcə, qarın qalınlığı 3 santimetr, Qaracəlli kəndində mənfi 7 dərəcə, qarın qalınlığı 3 santimetr təşkil edir.

Sözü gedən rayonlarda buz bağlamış avtomobil yollarına  səhər saatlarından başlayaraq duz qarışıq qum tökülməsinə başlanılıb. 

Xanlar Qaraca