Ötən gecədən ölkə ərazisinə intensiv qar yağmağa başlayıb.

"Unikal" xəbər verir ki, gecədən yağan qar Sumqayıt Bələdiyyəsi və İcra Hakimiyyətinin birgə fəaliyyəti nəticəsində avtobuslarla hərəkətin və sakinlərin rahatlığını təmin etmək məqsədilə yollardan təmizlənir.

Belə ki, şəhərin Axundov, Niyazi, Məhəmməd Əsədov küçələri qardan tam təmizlənib. Adıçəkilən küçələrlə yanaşı digər prospekt və küçələrdə də qardan təmizlənmə işləri həyata keçirilir.