Ötən gün axşam saaatlarından yağan qar bir sıra fəsadlar törədib. Xüsusilə, Respublikanın avtomobil yollarında qar və buz səbəbindən maşınların hərəkətində çətinliklər yaranıb.

"Unikal" xəbər verir ki, avtomobillər yollarda qalıb, bəzi yollarda isə hərəkət tamamilə dayanıb.

Buna baxmayaraq, Daxili İşlər Nazirliyinin Post-Patrul xidmətinin və Yol Patrul xidmətinin əməkdaşları vətəndaşlara yardım ediblər.

Polislər bağlanan yolların açılmasını təmin ediblər. Eyni zamanda yollarda qalan avtomobillərin sürücülərinə köməklik göstəriblər.