Zəngilan rayonun Ağalı kəndində qarın yaratdığı mənzərə daha diqqət çəkir. Kənddə uşaqların qar sevinci isə daha maraqlı mənzərə yaradıb.

"Unikal" azərtac-a istinadən xəbər verir ki, Zəngilan rayonunda ötən gün saat 18 radələrində yağmağa başlayan qar qısa müddətdə intensivləşib. Gecə boyunca davam edən qar yağıntısı kəndi tamamilə ağ örpəyə bürüyüb. Hazırda da kəndə qar yağması davam edir. Əlamətdar təbiət hadisəsi kənddə uşaqların da sevincinə səbəb olub. Ağalının az yaşlı sakinləri indi kənddə qar topu oynayaraq qışın sevincini yaşayır. Uşaqların həmin sevincli anlarını bölgə əməkdaşımız fotolentə alıb.