Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Asim Abdullayevin qız övladı dünyaya gəlib.

"Unikal" xəbər verir ki, qəhrəman hərbi qulluqçumuzun döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib, ailə üzvlərinə göz aydınlığı veriblər.