Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

"Unikal"ın məlumatına görə, hazırda Baş prokurorun müavini Elmar Camalov və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədirlər.