Polşa Almaniya hərbi kontingentinin öz ərazisində yerləşdirilməsinə razıdır.
"Unikal" xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna yerli KİV- müsahibəsində bildirib.
Hazırda Polşada 10 minə yaxın ABŞ hərbi qulluqçusu var.
Şeyna vurğulayıb ki, qonşu dövlətdə silahlı münaqişə olduqda, Polşanın müttəfiqlərinin istənilən köməyi və əməkdaşlığı mümkün qədər alqışlanır.