80 yaşlı ispan müğənni və bəstəkar Xulio İqlesias Dominikan Respublikasının Punta Kana hava limanında saxlanılıb.
"Unikal" xəbər verir ki, buna səbəb müğənninin qanunsuz qida müsadirə etməsi olub.
Belə ki, saxlanılan bəstəkarına çamadanından 42 kilo ərzaq aşkarlanıb. Çamadandan çiyələk, moruq, qaragilə, gilas, pomidor, çuğundur, kərəviz, lobya, ispanaq, kahı, göbələk, rukkola ilə yanaşı ət də tapılıb.
80 yaşlı sənətçi uzun müddətdir həm Baham adalarında, həm də Dominikan Respublikasında yaşayır və iki ölkə arasında gedib-gəlir.
Xulio İqlesias ərzaqların çamadanda olmasının səbəbini açıqlamayıb.