"TV8" kanalında yayımlanan "Aşka düşman" serialı final edəcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 4-cü bölümdə izləyicilərə vida edəcək. Buna səbəb isə layihənin reytinqlərdə uğur qazanmaması olub.

Qeyd edək ki, serialda baş rolları Nazan Kesal, Buse Meral, Cem Yiğit Üzümoğlu, Esra Ruşan və Merve Nur Bengi canlandırır.