Bu yaxınlarda Bakıda konsert verən türkiyəli müğənni Rafet El Roman üzündəki dəyişikliklə yadda qalmışdı.
"Unikal" xəbər verir ki, ifaçı "2-ci sayfa" verilişinin İnstaqram səhifəsində plastik əməliyyat keçirdiyini və peşman olduğunu yazıb.
"Dostlar, botoks etdirmişəm. Etdirməz olardım. Bəzi insanlar qətiyyən botoks etdirməməlidir, mən də onlardan biriyəm. Yaraşıqlılığım, xarizmam məhv oldu", - deyə El Roman etiraf edib.