ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən qadın qırıcı pilot Medison Marş 50 rəqibini geridə qoyaraq "Miss America" titulunu qazanıb.
"Unikal" xəbər verir ki, leytenant rütbəsində xidmət edən Marş titulu qazandıqdan sonra ölkədə bu xüsusi ada layiq görülən ilk şəxs olub.
Bildirilir ki, Amerika Hərbi Hava Qüvvələri Akademiyasını bitirən Marş Harvard Kennedi Məktəbində dövlət siyasəti üzrə magistr təhsili alır. ABŞ Hərbi Hava Qüvvələri "X" hesabından verdiyi açıqlamada Marşı təbrik edib.
Pilot qadın mətbuata açıqlamasında titulunu bu yaxınlarda xərçəngdən dünyasını dəyişən anasına həsr etdiyini bildirib.
Gülayə Mecid