ABŞ televiziya sənayesinin ən prestijli tədbirlərindən biri olan “Emmy” mükafatları dünən axşam təşkil edilən mərasimdə öz sahiblərini tapıb.

“Unikal” xəbər verir ki, Hollivudda tətil səbəbiylə təxirə salınan 75-ci “Emmy” mükafatları mərasimi “Los-Ancelesdəki” Peacock Teatrında keçirilib.

Mükafat qaliblərinin siyahısı aşağıdakı kimidir:

Ən yaxşı dram filmi: “Succession”
Ən yaxşı komediya filmi: “The Bear”
Ən yaxşı qısa film: “Beef”
Ən yaxşı aktyor -dram: Kieran Culkin – “Succession”
Ən yaxşı aktrisa -dram: Sarah Snook – “Succession”
Ən yaxşı aktyor - komediya: Ceremi Allen Uayt – “The Bear”
Ən yaxşı aktrisa - komediya: Quinta Brunson – “Abbott Elementary”
Ən yaxşı köməkçi aktyor - dram: Metyu Makfadyen – “Succession”
Ən yaxşı köməkçi aktrisa – dram: Cennifer Kulidc – “The White Lotus”
Ən yaxşı köməkçi aktyor – komediya: Ebon Moss –“ The Bear”
Ən yaxşı köməkçi aktrisa – komediya: Ayo Edebiri – “The Bear”
Ən yaxşı ssenari - komediya: Christopher Storer – “The Bear”
Ən yaxşı ssenari - dram: Jesse Armstrong – “Connor's Wedding”
Ən yaxşı rejissor - dram: Mark Mylod – “Succession” 

Zərifə Nağıyeva