Türkiyənin tanınmış müğənnisi Gökhan Özen də üzündə plastik əməliyyat etdirib. 

"Unikal" xəbər verir ki, almacıq sümüklərində və göz ətrafına plastik əməliyyat etdirən ifaçı lağ obyektinə çevrilib. 

Gökhan açıqlamasında görmə qabiliyyəti zəiflədiyi üçün əməliyyatlar keçirdiyini deyib. 

"Bir neçə dəfə mürəkkəb əməliyyat keçirdim. Həm smart linzalar taxılıb, həm də bəzi əməliyyatlar aparılıb. Bunun da estetik tərəfi olacaq".

Qeyd edək ki, türkiyəli müğənni Rafet El Roman da estetik əməliyyatdan sonra görünüşü ilə bağlı müzakirələrə səbəb olmuşdu.