Milli Şuranın üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı apellyasiya şikayəti təmin olunmayıb.
"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.
Bakı Apellyasiya Məhkəməsinə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub.
Hakimlər-Mirzəli Abbasov, Ramin Qaraqurbanlı və Anar İbrahimovun sədrliyi ilə bu gün keçirilən məhkəmə iclasında apellyasiya şikayəti təmin olunmayıb. T.Yaqublu ilə bağlı verilən 4 aylıq həbs qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. Tofiq Yaqublu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.