Futbol üzrə İtaliya milli komandasının keçmiş bombardiri Luici Riva 79 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, o infarkt keçirərək xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq keçmiş futbolçunu xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Riva 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub.
O, Avropa çempionu (1968) və dünya çempionatının gümüş mükafatçısı (1970) olub.