Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
"Unikal" xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
İlk matç Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi isə 27 xalla dördüncüdür.
Tur "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması ilə başa çatacaq. "Köhlən atlar" 41 xalla liderdir. Naxçıvan klubu 26 xalla 6-cı yerdə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
3-cü dövrə, XIX tur
23 yanvar
16:30. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ”– “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun "Sabah" - "Neftçi" və "Səbail" - "Zirə" matçlarında hesab açılmayıb. Qərb derbisində isə "Kəpəz" "Turan Tovuz"a qalib gəlib - 2:1.