"Barselona"nın sabiq yarımmüdafiəçisi Arturo Vidalın yeni klubu müəyyənləşib.

"Unikal" xəbər verir ki, o, "Kolo-Kolo"ya transfer olunub. Bu barədə Çili təmsilçisinin saytı məlumat yayıb.

36 yaşlı futbolçu yanvarda Braziliyanın "Atletiko Paranaense" klubundan ayrıldıqdan sonra azad agent statusunda idi.

Qeyd edək ki, Vidal "Kolo-Kolo"nun yetirməsidir.